İsveçdə təyyarə qəzası nəticəsində 9 nəfər həlak olub

İsveçdə təyyarə qəzası nəticəsində 9 nəfər həlak olub İsveçdə yüngülmühərrikli GA8 Airvan təyyarəsi qəzaya uğrayıb.
Digər ölkələr
14 İyul , 2019 19:32
İsveçdə təyyarə qəzası nəticəsində 9 nəfər həlak olub

İsveçdə yüngülmühərrikli "GA8 Airvan" təyyarəsi qəzaya uğrayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Vesterbotten regionunun rəsmi saytında məlumat yayılıb.

Hadisə zamanı təyyarədə 9 nəfər olub. Onların hamısı qəzada həlak olub. 

"Sveriges Radio"nun xilasetmə xidmətinə istinadən bildirib ki, təyyarə Umeo hava limanından yerli vaxtla saat 13:33-də səmaya qalxıb və Stursandsşer adasında yerə düşüb.

Qəzanın səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi