Yuxarı

​İsveçdə qaçqınların yerləşdirildiyi üç yerdə yanğın baş verib

Polis yanğının qəsdən törədildiyindən şübhələnir

Bakı. 20 oktyabr. REPORT.AZ/ İsveçdə qaçqınların yerləşdiyi daha bir mərkəz yanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Vestra Yotland əyalətinin Munkedal rayonunda baş verib.

Bölgə polis idarəsinin təmsilçisi Anki Larsson deyib ki, yanğının qəsdən törədilməsindən şübhələnirlər: "Yanğın təbii olaraq baş verməyib". Yanğın baş verən qoşa binanın birində 14 mühacir yaşayırmış. Hadisə nəticəsində onların heç biri xəsarət almayıb.

Polis oktyabrın 18-də ölkənin cənubundakı Yunbyu rayonunda baş verən yanğınla oktyabrın 20-də səhər olmuş hadisə arasında əlaqəni də araşdırır. Oktyabrın 14-də isə Skone əyalətinin cənubunda yerləşən Arlyovedə qaçqınların yaşadığı binada yanğın olub.

Üç hadisədən sonra İsveçin şimalındakı Umeo rayonunun yerli hakimiyyəti qaçqınların yerləşdirildiyi məntəqə haqqında ictimaiyyətə məlumat verməyəcəyini bildirmişdi.

Qeyd edək ki, 9,5 milyon əhalisi olan İsveç bu il 95,4 min qaçqın qəbul edib. Ölkənin baş naziri Stefan Lyovenin sözlərinə görə, onların sayı 150 minə çata bilər. Məlumata əsasən, bu göstərici adambaşına düşən mühacir sayına görə Avropada ən yüksək rəqəmdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi