İsveçdə qaçqınlar üçün sığınacaq yandırılıb

İsveçdə qaçqınlar üçün sığınacaq yandırılıb Burada 100-150 miqrantın yerləşdirilməsi nəzərdə tutulub
Digər ölkələr
12 Mart , 2016 15:41
İsveçdə qaçqınlar üçün sığınacaq yandırılıb

Bakı. 12 mart. REPORT.AZ/ İsveçdə qaçqınların yerləşdirilməsi üçün nəzərdə tutulan bir neçə bina yandırılıb. 

"Report" xəbər verir ki, bu barədə "Boras Tidningen" nəşri yazır. 

Yanğın bu gün səhər ölkənin qərbində Buros şəhərinin yaxınlığındakı keçmiş islah koloniyasının ərazisində yerləşən tikililərdə baş verib.

Burada 100-150 miqrantın yerləşdirilməsi nəzərdə tutulub. Polis yanğının qəsdən törədildiyinə şübhə edir. 

Polisin statistikasına əsasən, 2015-ci ilin son 3 ayında ölkədə qaçqınlar üçün nəzərdə tutulan 58 mərkəz yandırılıb.

Son xəbərlər

Orphus sistemi