Bakı. 7 mart. REPORT.AZ/ İsveç hüquq-mühafizə orqanlarının əməkdaşları məktəb binası qarşısında iğtişaş törədən 11 dələduz qaçqını saxlayıb. Buna cavab olaraq təqribən 20-30 nəfər maskalı şəxs asayiş keşikçilərinə daş və butulka atmağa başlayıb.
"Report" xəbər verir ki, hadisə barədə yerli SVT telekanalı məlumat yayıb.
İnsident mərkəzdə yerləşən Erebru şəhərinin yaxınlığındakı Hallsberq qəsəbəsində baş verib. Əraziyə üç polis dəstəsi cəlb olunub. Saxlanılan şəxslər məktəbin şagirdləri olmayıblar.