Bakı. 3 dekabr. REPORT.AZ/ Naməlum şəxslər İsveçin paytaxtı Stokholmun şimalında fəaliyyət göstərən kafelərdən birindəki insanlara atəş açıblar.
"Report"un məlumatına görə, bu barədə "The Local" xəbər verib.
Məlumata görə, hadisə zamanı 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Ölənlərin qardaş olduğu bildirilir.
Atəş açan 4 nəfər avtomobillə ərazidən uzaqlaşaraq gizlənməyə müvəffəq olublar. Hadisənin başvermə səbəbi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.