Bakı. 22 oktyabr. REPORT.AZ/ İsveçin Trollhattan şəhərində maskalı və bıçaqlı şəxs məktəbə basqın edib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, basqın nəticəsində bir yeniyetmə yaralanıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, basqınçı polis tərəfindən vurulub.