İsveçdə maskalı şəxslər polisi daşa basıblar

İsveçdə maskalı şəxslər polisi daşa basıblar İğtişaşı təqribən 30 gənc yaradıb
Digər ölkələr
9 Aprel , 2017 11:42
İsveçdə maskalı şəxslər polisi daşa basıblar

Bakı. 9 aprel. REPORT.AZ/ İsveçin Göteburq şəhərinin Hammarküllen rayonunda gənclərin iştirakı ilə iğtişaş baş verib.

"Report" "Expressen" qəzetinə istinadən xəbər verir ki, təqribən 30 maskalı gənc polis əməkdaşlarına içərisində yandırıcı qatışıq olan butulka və daş atıblar. Hadisə nəticəsində bir asayiş keşikçisi yaralanıb.

Onlar, həmçinin bir neçə avtomobili yandırıblar, kafelərin şüşələrini qırıblar.

Hadisə yerinə gücləndirilmiş polis dəstələri və vertolyot göndərilib.

Son xəbərlər

Orphus sistemi