İsveçdə koronavirusa yoluxanların sayı artıb

İsveçdə koronavirusa yoluxanların sayı artıb İsveçdə COVİD-19 virusuna yoluxanların sayı 461 nəfərə çatıb.
Digər ölkələr
11 mart 2020 15:27
İsveçdə koronavirusa yoluxanların sayı artıb

İsveçdə COVİD-19 virusuna yoluxanların sayı 461 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında ölkənin İctimai Səhiyyə Agentliyinin epidemioloqu Anders Vallensten bildirib.

Yoluxanların 230-a qədəri Stokholm şəhərindədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 121 757-yə çatıb. Bunların 66 988 nəfəri sağalıb, 4 389 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi