İsveçdə hava limanında partlayıcı maddə aşkar edilib

İsveçdə hava limanında partlayıcı maddə aşkar edilib Hadisə yerində partlayış üzrə texniklər işləyir
Digər ölkələr
6 Oktyabr , 2017 15:53
İsveçdə hava limanında partlayıcı maddə aşkar edilib
AFP 2017 / Jonathan Nackstrand

Bakı. 6 oktyabr. REPORT.AZ/ İsveçin Göteborq şəhərindəki Landvetter hava limanında polis Almaniyadan olan 20 yaşlı sərnişinin baqajında partlayıcı maddə aşkar edib və həmin şəxs saxlanılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, polisdən şübhə predmetinin hazırda öyrənildiyi, hadisə yerinə partlayış üzrə texniklərin gəldiyi bildirilib.

Şübhəli obyekt qismində 2015-ci ildə Parisdəki və 2017-ci ildə Mançesterdə stadiondakı terror hücumunda da istifadə olunan peroksid-asetonlu çənlər olub.

Şübhəli şəxs daxili Avropa reysləri üçün təhlükəsizlik yoxlamasından keçərkən Göteborq polisi tərəfindən həbs edilib.

Son xəbərlər

Orphus sistemi