İsveçdə avtomobil polis binası yaxınlığında partlayıb, şübhəli şəxs saxlanılıb

İsveçdə avtomobil polis binası yaxınlığında partlayıb, şübhəli şəxs saxlanılıb Partlayış avtoparkdakı avtomobillərdən birində baş verib, nəticədə yaxınlıqda dayanmış bir neçə avtomobilə zərər dəyib
Digər ölkələr
28 Noyabr , 2017 12:48
İsveçdə avtomobil polis binası yaxınlığında partlayıb, şübhəli şəxs saxlanılıb

Bakı. 28 noyabr. REPORT.AZ/ İsveçdə paytaxt Stokholmun yaxınlığındakı Upsala şəhərində gecə saatlarında polis binasının yanında avtomobil partlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, partlayış dəmir yollu xəttinin müxtəlif tərəflərində olan avtopark və polis binasının yaxınlığında baş verib.

Polisdən partlayışın avtoparkdakı avtomobillərdən birində baş verdiyi, nəticədə yaxınlıqda dayanmış bir neçə avtomobilə zərər dəydiyi bildirilib.

Hadisə ilə bağlılığı olmaqda şübhəli bilinən 20 yaşlı oğlan saxlanılıb.

Son xəbərlər

Orphus sistemi