İsveçdə atışma olub: xəsarət alanlar var

İsveçdə atışma olub: xəsarət alanlar var Malmö şəhərində naməlum şəxs yaşayış binasına atəş açıb
Digər ölkələr
13 Avqust , 2017 10:14
İsveçdə atışma olub: xəsarət alanlar var
N-z.tv

Bakı. 13 avqust. REPORT.AZ/ İsveçin Malmö şəhərində atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Aftonbladet" polisə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, hadisə zamanı 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı binada təxminən 100 nəfər olub. Ərazidə hüquq-mühafizə orqanlarının və təcili yardımın əməkdaşları işləyir.

"Sydsvenskan" isə hadisə ilə bağlı hələlik heç kimin saxlanılmadığını bildirib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi