İsveçdə atışma: 2 ölü, 8 yaralı

İsveçdə atışma: 2 ölü, 8 yaralı Düşmən kriminal qruplaşmanın üzvləri arasında yaşanan qarşıdurma qanlı bitib
Digər ölkələr
19 Mart , 2015 07:06
İsveçdə atışma: 2 ölü, 8 yaralı

Bakı. 19 mart. REPORT.AZ/ İsveçin ikinci böyük şəhəri sayılan Göteburgda bu gecə baş verən atışma nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, atışma şəhər restoranlarından birində baş verib. 

İlkin məlumata görə, iki düşmən kriminal qruplaşmanın üzvləri arasında yaşanan qarşıdurma sonunda qanlı bitib.

Hadisə yeri polis tərəfindən nəzarət altına alınıb. 

Son xəbərlər

Orphus sistemi