Yuxarı
    Bağlamaq

    İsveçdə AES-lərin mühafizəsi gücləndirilib

    AES-lərin mühafizəsi üzrə strukturlar odlu silahdan istifadə edəcək, obyektlərin ərazisində gözətçi itlər olacaq

    Bakı. 5 yanvar. REPORT.AZ/ İsveçin Radiasiyadan Müdafiə İdarəsi ölkədə fəaliyyət göstərən 3 Atom Elektrik Stansiyasının (AES) mühafizəsinin tələblərini sərtləşdirib.

    "Report" TASS-a istinadən xəbər verir ki, bir neçə həftə sonra AES-lərin təhlükəsizliyi ilə məşğul olan strukturlara odlu silah veriləcək, obyektlərin ərazisində isə gün boyu növbə çəkəcək gözətçi itlər olacaq.

    Yeni qaydalar bu il fevralın 4-də qüvvəyə minəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi