London polisi İsveç prokurorluğunun bəyanatına baxmayaraq, Culian Assanjı həbs etmək niyyətindədir - YENİLƏNİB

London polisi İsveç prokurorluğunun bəyanatına baxmayaraq, Culian Assanjı həbs etmək niyyətindədir - YENİLƏNİB İsveç prokurorluğu "WikiLeaks"in qurucusuna qarşı ibtidai istintaqı dayandırıb
Digər ölkələr
19 May , 2017 16:25
London polisi İsveç prokurorluğunun bəyanatına baxmayaraq, Culian Assanjı həbs etmək niyyətindədir - YENİLƏNİB

Bakı. 19 may. REPORT.AZ/ İsveç prokurorluğunun bəyanatına baxmayaraq, Böyük Britaniya polisi "WikiLeaks"in yaradıcısı Culian Assanjın Ekvador səfirliyini tərk edən kimi həbs olunacağını bildirib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

"Vestminster Magistrat Məhkəməsi 2012-ci ilin iyun ayında Assanjın həbsinə dair qərar çıxarıb. O, səfirliyin binasını tərk edərsə, London polisi bu qərarı icra etməyə borcludur", - Böyük Britaniya polisindən deyiblər.

***14:19

İsveç prokurorluğu zorlamada ittiham olunan "WikiLeaks"in yaradıcısı Culian Assanja qarşı ibtidai istintaqı dayandırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, prokurorluğun bəyanatında baş prokuror Marianna Nyunun C.Assanja qarşı ibtidai istintaqın dayandırılmasına qərar verdiyi bildirilib.

Daha əvvəl C.Assanj İsveç prokurorluğunda yazılı ifadə verib. "WikiLeaks"in qurucusu qoşma məktubda hələ də ona qarşı ittiham irəli sürülmədiyini deyib və tam təqsirsiz olduğunu bəyan edib.

Xatırladaq ki, 2010-cu il avqustun 20-də İsveçdə C.Assanjın həbs edilməsinə dair order verilib. O, cinsi təcavüz və zorlamada ittiham olunub. 2011-ci ildə Böyük Britaniya məhkəməsi C.Assanjın İsveçə ekstradisiyası barədə qərar çıxarıb. Bunun qarşılığında "WikiLeaks"in qurucusu 2012-ci ildə ölkəni tərk etmək qadağası olduğundan Ekvadorun Londondakı səfirliyindən siyasi sığınacaq istəyib və indiyə qədər orada yaşayır. 

Son xəbərlər

Orphus sistemi