Yuxarı

İsveç paytaxtında güclü partlayış baş verib - ƏLAVƏ OLUNUB

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur

İlk xəbər 16:34-də verilib

Bakı. 6 noyabr. REPORT.AZ/ İsveçin paytaxtı Stokholm şəhərinin mərkəzində güclü partlayış olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisənin səbəbləri araşdırılır. 

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

İlkin versiyaya görə, partlayış yaşayış binasındakı mənzillərin birində qaz sızması nəticəsində əmələ gəlib. Polis əməkdaşları artıq pəncərəsi qırılan bir mənzildə olsa da, partlayışla bağlı heç bir əlaqə tapa bilməyib.

Polis hadisə baş verən yerin mühafizəsinin təşkili və şahidlərin müəyyənləşdirilməsi üçün tədbirlər görməyə başlayıb, Södermalm rayonunda nəqliyyatın hərəkəti dayandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi