Yuxarı

İsveç gömrük nəzarətini müvəqqəti bərpa edir

Nəzarət sistemi 13-21 noyabr tarixləri arasında qüvvədə olacaq

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 13-dən etibarən İsveç həmsərhəd dövlətlərlə gömrük nəzarətini bərpa edəcək.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, İsveçin Daxili işlər naziri Anders İqeman bildirib ki, nəzarət sistemi müvəqqəti xarakter daşıyır və noyabrın 21-də ləğv olunacaq.

"Şimali Afrikadan və Yaxın Şərqdən miqrant axını ilə üzləşən Avropa dövlətləri asayiş baxımdan problemlərlə üzləşiblər. Biz isə artıq mühacirlərə qapılarımızı aça bilmirik", - deyən nazir, hesab edir ki, gömrük nəzarəti miqrantlarla bağlı problemlərin həllinə kömək edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi