İsveç 106 yaşlı miqrantı deportasiya etməyə hazırlaşır

İsveç 106 yaşlı miqrantı deportasiya etməyə hazırlaşır Qadının yaxınları qərardan apellyasiya şikayəti verəcəklər
Digər ölkələr
5 Sentyabr , 2017 06:10
İsveç 106 yaşlı miqrantı deportasiya etməyə hazırlaşır
"Вlankspot"

Bakı. 5 sentyabr. REPORT.AZ/ İsveç hökuməti Əfqanıstandan olan 106 yaşlı miqrant Bibihal Özbəkini ölkədən deportasiya etməyə hazırlaşır.

"Report"un məlumatına görə, bu barədə "The Guardian" xəbər verir.

Qeyd olunur ki, uzunömürlü qadın İsveçdə oğlu və nəvəsi ilə birlikdə yaşayır. O, bundan ötrü dağları, səhraları və meşələri keçməli olub.Onlar bütün yol boyu yalnız piyada gəliblər və qatarla hərəkət ediblər.

Nəşr bildirir ki, yaşlı miqrant artıq çətinliklə danışır. Lakin ölkə hakimiyyəti bildirib ki, onun nə vəziyyəti, nə yaşı qocaya sığınacaq verməyə əsas verir.

Qadının yaxınları qərardan apellyasiya şikayəti verməyə hazırlaşırlar. 

Son xəbərlər

Orphus sistemi