Bakı. 30 oktyabr. REPORT.AZ/ İsveç hökuməti Fələstinin müstəqilliyini rəsmən tanıyıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla bu gün ölkənin xarici işlər naziri Marqot Valstrom çıxış edib.
Bu addım İsrailin ciddi narazılığına səbəb olub. İsveçin bu ölkədəki səfiri İsrail XİN-ə dəvət olunub.