Türkiyədə 1 günlük matəm elan edilib

Türkiyədə 1 günlük matəm elan edilib Ölkə ərazisində bütün bayraqların 1 günlük endirilməsi barədə təlimat verilib
Digər ölkələr
127
11 Dekabr , 2016 07:14
Türkiyədə 1 günlük matəm elan edilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda "Vodafone Arena" yaxınlığında baş vermiş terror aktı ilə əlqədar ölkədə 1 günlük matəm elan edilib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, baş nazir Bineli Yıldırım tərəfindən nazirliklərə göndərilən sənədlərdə ölkə ərazisində bütün bayraqların 1 günlük endirilməsi barədə təlimat verilib.

Qeyd edək ki, ötən gün Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışlarda 29 nəfər ölüb, 166 nəfər xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. 

Son xəbərlər

Orphus sistemi