​İstanbuldakı iğtişaşlar Rusiyadan Türkiyəyə turist axınınına təsir etməyib

​İstanbuldakı iğtişaşlar Rusiyadan Türkiyəyə turist axınınına təsir etməyib Türkiyə istiqamətində işləyən turoperatorlar satışların azalması və ya alınmış turların annulyasiyasını qeyd etmir
Digər ölkələr
28 İyul , 2015 04:47
​İstanbuldakı iğtişaşlar Rusiyadan Türkiyəyə turist axınınına təsir etməyib

Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyə istiqamətində işləyən turoperatorlar İstanbulda baş verən iğtişaşlar səbəbindən bu ölkənin kurortlarına paketlərinin satışının azalması və ya öncədən alınmış turlardan imtina edilməsi hallarını qeyd etməyib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyasının icraçı direktoru Maya Lomidze "RİA Novosti"yə açıqlamasında bildirib.

"İstanbul populyar turist istiqaməti kimi qalmaqdadır, lakin yay aylarında Rusiya turistləri istilərə görə bu şəhərə praktiki olaraq səfər etmir. Dənizdə kütləvi istirahətə gəlincə, İstanbuldakı iğtişaşlar Rusiyadan Türkiyəyə turist axınınına təsir etməyib", - ekspert bildirib.

M.Lomidzenin sözlərinə görə, bu istiqamətdə işləyən turoperatorlar satışların azalması və ya alınmış turların annulyasiyasını qeyd etmir.

Bu məlumatı həmçinin "Coral Travel" turoperatorunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Marina Makarkova da təsdiqləyib. Onun sözlərinə görə, şirkətdə İstanbulda iğtişaşlarla bağlı heç bir turdan imtina hallarına rast gəlinməyib. 

Son xəbərlər

Orphus sistemi