Yuxarı

İstanbulda törədilən terror aktı nəticəsində yaralanan 201 şəxs evə buraxılıb

Hazırda xəstəxanalarda 35 yaralının müalicəsi davam edir

Bakı. 8 iyul. REPORT.AZ/ İstanbulun Atatürk Hava Limanında iyunun 28-də törədilən terror aktı nəticəsində yaralanan 201 şəxs evə buraxılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb. 

Hazırda xəstəxanalarda 22-si ağır vəziyyətdə olan 35 xəstənin müalicəsi davam edir. Onlardan 13 nəfəri reanimasiyadadır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi