Yuxarı

İstanbulda polis idarəsinə hücum edən silahlı şəxs öldürülüb - VİDEO

Öldürülənlərin üzərində partlayıcı qurğu aşkarlanıb

Bakı. 1 aprel. REPORT.AZ/ İstanbul şəhərinin Polis idarəsinə hücum edən iki silahlı şəxs zərərsizləşdirilib. "Report"un CNN Türk telekanalına istinadən verdiyi xəbərə görə, Bakı vaxtı ilə saat 19.55-də Vətən prospektində yerləşən binanın girişindəki nəzarət məntəqəsinə yaxınlaşan silahlı şəxslər təhlükəsizlik xidməti əməkdaşlarına atəş açıblar. Atışma zamanı ən azı iki polis yaralanıb. 

Atışma nəticəsində terrorçulardan birinin öldürüldüyü, digər silahlı şəxsin isə yaralanaraq tutulduğu bildirilir.

Öldürülənlərin üzərində partlayıcı qurğu aşkarlanıb. Terrorçulardan birinin qadın olduğu qeyd olunur.

Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi