Bakı. 1 dekabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində partlayış baş verib. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, partlayış Bayrampaşa metro stansiyasının yaxınlığındakı yerüstü piyada keçidində olub. Nəticədə 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir.
Məlumata görə, hadisə yerinə polis, yanğınsöndürən və təcili tibbi yardım maşınları gəlib. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, vətəndaşların və avtomobillərin hərəkəti tamamilə dayandırılıb.
Partlayış səbəbindən bir metronun şüşələrinin qırıldığı və bu səbəbdən sərnişinlərin təxliyə edildiyi bildirilir. NTV telekanalı hadisə nəticəsində ən azı 6 nəfərin yaralandığını açıqlayıb. "Habertürk"ün əməkdaşı Nihat Uludağ isə partlayışın ağac altına buraxılan bir bombadan qaynaqlandığının ehtimal edildiyini vurğulayıb.