Yuxarı
    Bağlamaq

    İstanbulda baş vermiş partlayışda yaralananların sayı 70-ə çatıb, ölənlər var - VİDEO - FOTO - YENİLƏNİB-3

    Hadisə zamanı 20 nəfərin yaralandığı bildirilir

    Bakı. 11 dekabr. REPORT.AZ/ İstanbulda baş vermiş partlayışda yaralananların sayı 70 nəfərə çatıb. 

    "Report"un məlumatına görə, bu barədə Türkiyənin "NTV" telekanalı xəbər verib.

    Qeyd edək ki, Türkiyə mediası hadisə nəticəsində ölənlərin də olduğunu bildirir. Lakin dövlət orqanları hələlik həlak olanların sayı barədə hər hansı açıqlama vermir.


    ***01:35

    İstanbulda baş vermiş iki partlayışdan birini kamikadze həyata keçirə bilər.

    "Report"un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında bu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.

    O, bildirib ki, İstanbulda iki partlayış həyata keçirilib.

    Qeyd edək ki, nazir hadisə ilə əlaqədar olaraq Ankaradan İstanbula gəlib. 

    Bu arada Türkiyə mətbuatı partlayış zamanı ölənlərin sayının 40-a çatdığını xəbər verib.


    ***23:45

    Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib.

    "Report" xəbər verir ki, bu barədə "Milliyyet" xəbər verib.

    Məlumata görə, "Lig TV"nin müxbiri canlı yayımda bir avtomobilin yandığını, silah səsləri eşidildiyini bildirib. Hadisənin hadisə Beşiktaş rayonunda, Maçka parkı yaxınlığında baş verdiyi bildirilir. 

    Partlayışdan sonra ərazidə güclü yanğın başlayıb. Türkiyənin digər mətbu orqanları isə hadisə yerinə çoxlu sayda polis və təcili yardım maşınlarının cəlb edildiyini xəbər veriblər. İlkin xəbərdə hadisənin terror aktı olduğu ehtimal edilir. 

    Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisə zamanı 20 nəfərin yaralandığını bildirib. "İyirmiyə yaxın yaralımız var. Şəhid barəsində hər hansı məlumatımız yoxdur. İnşallah şəhidlərin olmayacağına ümid edirik. Yaralananlar polisdir" - deyə nazir bildirib.

    Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Qeyd edək ki, Türkiyənin Radia və Televiziya Baş İdarəsi partlayışın baş verdiyi ərazidən canlı yayımı qadağan edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi