Yuxarı
    Bağlamaq

    İstanbulda baş vermiş partlayışlarda 29 nəfər ölüb, 166 nəfər xəsarət alıb, 10 nəfər saxlanılıb - FOTO

    Ölənlərin böyük əksəriyyəti polis əməkdaşlarıdır

    Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışlarda 29 nəfər ölüb.

    "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə məlumat verib.

    "Bu iki partlayışlarda millətimizə üzülərək və içimiz yanaraq bəyan edirik ki, hazırda 29 şəhidimiz var" – deyə nazir bildirib.

    O, qeyd edib ki, ölənlərin böyük əksəriyyəti polis əməkdaşlarıdır.

    Nazirin sözlərinə görə, hadisə zamanı 166 nəfər xəsarət alıb. Yaralılardan 23-nün vəziyyəti ağırdır. Hazırda onlar əməliyyat olunurlar. 

    Nazir həmçinin bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb. Səhiyyə Nazirliyi isə yaralılardan 3-nün vəziyyətinin kritik olduğunu bildirib.

    Partlayışlardan biri bomba yüklü avtomobil, digəri isə kamikadze tərəfindən törədilib.

    Qeyd edək ki, dünən axşam, yerli vaxtla saat 23:30 radələrində İstanbul şəhərinin Beşiktaş rayonunda dalbadal iki partlayış baş verib. Terror aktlarının əsas hədəfi polis əməkdaşları olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi