​İstanbulda avtoparkda yanğın nəticəsində 4 avtobus yanıb

​İstanbulda avtoparkda yanğın nəticəsində 4 avtobus yanıb Hadisənin başvermə səbəbləri araşdırılır
Digər ölkələr
11 Aprel , 2016 04:00
​İstanbulda avtoparkda yanğın nəticəsində 4 avtobus yanıb

Bakı. 11 aprel. REPORT.AZ/ İstanbuldakı avtobus parkında yanğın hadisəsi baş verib. "Report" "Hürriyyət.com"a istinadən xəbər verir ki, yanğına səbəb avtobuslardan birində baş vermiş alovlanma olub.

Alov sonradan parkdakı digər avtobuslara da keçib. Nəticədə 4 avtobus yanıb.

Alovun digər avtobuslara da yayılmasının qarşısının alınması məqsədilə əraziyə cəlb olunmuş yanğınsöndürənlər yanğını söndürüblər.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Yanğın zamanı xəsarət alan olmayıb. 

Son xəbərlər

Orphus sistemi