İstanbulda baş vermiş atışmada yaralananların kimliyi məlum olub - YENİLƏNİB - FOTO

İstanbulda baş vermiş atışmada yaralananların kimliyi məlum olub - YENİLƏNİB - FOTO Hadisə ilə bağlı təhqiqat aparılır
Digər ölkələr
4 Yanvar , 2017 22:30
İstanbulda baş vermiş atışmada yaralananların kimliyi məlum olub - YENİLƏNİB - FOTO

Bakı. 4 yanvar. REPORT.AZ/ İstanbulun Fatih rayonundakı restoranda baş vermiş atışmada yaralananların kimliyi məlum olub.

"Report" xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb. 

Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində restoranın sahibi və universitetlərdən birinin professoru yaralanıb. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Cinayətkar hadisə yerindən qaçıb. Məlumata görə, o, tək olub. 

Polis faktla bağlı araşdırma aparır.



***21:45

İstanbuldakı restoranlardan birində atışma baş verib.

"Report" xəbər verir ki, "Əl-Ərəbiyyə" telekanalı məlumat verib.

Məlumata görə, hadisə Fatih rayonunda qeydə alınıb. Xəbərdə bildirilir ki, hadisə zamanı bir neçə nəfər yaralanıb.

Silahlı insidentin təfərrüatları ilə bağlı ətraflı məlumat verilmir. Hadisə ilə bağlı təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi