İstanbul terrorunda iştirak etmiş İŞİD silahlısı Suriyada məhv edilib

İstanbul terrorunda iştirak etmiş İŞİD silahlısı Suriyada məhv edilib ​İstanbul terrorunda iştirak etmiş İŞİD silahlısı Suriyada məhv edilib
Digər ölkələr
21 Aprel , 2017 21:28
İstanbul terrorunda iştirak etmiş İŞİD silahlısı Suriyada məhv edilib

Bakı. 21 aprel. REPORT.AZ/ İŞİD terror qruplaşmasının Türkiyənin İstanbul şəhərində həyata keçirilmiş terror aktında iştirak etmiş silahlısı Suriyada keçirilən əməliyyatda məhv edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Con Tomas bildirib.

"Biz İŞİD silahlısı Əbdürrəhman Özbəkinin aprelin 6-da ABŞ-ın silahlı qüvvələri tərəfindən məhv edildiyini təsdiq edə bilərik. O, Yeni il ərəfəsində İstanbulda gecə klubuna hücumda iştirak edib" – deyə Tomas jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Özbəki əcnəbi silahlıları İŞİD sıralarına cəlb etməklə, həmçinin terrorçuları maliyyələşdirməklə məşğul olub. 

Türkiyənin Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, İstanbulda baş vermiş terror aktında 39 nəfər həlak olub, 69 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi