İstanbul polisi irimiqyaslı əməliyyat keçirib - FOTO

İstanbul polisi irimiqyaslı əməliyyat keçirib - FOTO Saxlanılanların olub-olmadığı barədə məlumat verilmir
Digər ölkələr
28 Yanvar , 2017 22:57
İstanbul polisi irimiqyaslı əməliyyat keçirib - FOTO

Bakı. 28 yanvar. REPORT.AZ/ Türkiyənin İstanbul şəhər polisi irimiqyaslı axtarış-yoxlama əməliyyatı keçirib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Məlumata görə, şəhərin bütün ərazilərində keçirilən əməliyyatda 5 mindən çox polis iştirak edib. Əməliyyata 12 polis vertolyotu da havadan dəstək verib.

Şəhərin mərkəzində, habelə giriş və çıxışlarında, əvvəlcədən müəyyənləşdirilmiş ayrı-ayrı ünvanlarda keçirilən əməliyyat zamanı 159 şübhəli şəxs üzərində və avtomobillərdə axtarışlar aparılıb. Əməliyyatda şəhər polisinin rəhbərliyi də iştirak edib.

Hələlik əməliyyat zamanı saxlanılanların olub-olmadığı barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi