İsrailin yeni hökumətinin andiçmə tarixi açıqlandı

İsrailin yeni hökumətinin andiçmə tarixi açıqlandı İsrail parlamenti mayın 7-də rotasiya hökuməti haqqında qanuna dəyişikliyi ikinci və üçüncü oxunuşda təsdiqləyib.
Digər ölkələr
7 May , 2020 14:04
İsrailin yeni hökumətinin andiçmə tarixi açıqlandı

İsrail parlamenti mayın 7-də rotasiya hökuməti haqqında qanuna dəyişikliyi ikinci və üçüncü oxunuşda təsdiqləyib.

“Report” “Newsru”ya istinadən xəbər verir ki, həmin qanuna uyğun olaraq İsrail parlamentinə 24-cü çağırış seçkilər üç ildən sonra deyil, koalisiyanın razılaşdırdığı kimi 4 ildən sonra keçiriləcək.

Bundan sonra fəaliyyətdə olan baş nazir Binyamin Netanyahunun yenidən bu vəzifədə qalması üçün 61 deputatın imzası toplanıb prezidentə gecəyarısına qədər təqdim olunmalıdır.

Ardınca koalisiya hökumətinin formalaşdırılması səlahiyyəti formal olaraq baş nazirə veriləcək. Mayın 6-da hökumət başçısı, Likud Partiyasının sədri Binyamin Netanyahu ilə Kaxol Lavan Partiyasının lideri Beni Qantzın birgə bəyanatına əsasən hökumət mayın 13-də and içəcək.

Son xəbərlər

Orphus sistemi