İsrailin sabiq prezidenti təcili olaraq xəstəxanaya yerləşdirilib

İsrailin sabiq prezidenti təcili olaraq xəstəxanaya yerləşdirilib Şimon Peresin sinəsində şiddətli ağrılar var
Digər ölkələr
14 Yanvar , 2016 11:47
İsrailin sabiq prezidenti təcili olaraq xəstəxanaya yerləşdirilib

Bakı. 14 yanvar. REPORT.AZ/ İsrailin sabiq prezidenti Şimon Peres bu gün səhər saatlarında təcili olaraq xəstəxanaya yerləşdirilib.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, Tel Ha-Şomer müalicə mərkəzinə çatdırılan Ş.Peresin sinəsində şiddətli ağrılar var.

Qeyd edək ki, Ş.Peresin 92 yaşı var. O, hazırda yaşayan ən məşhur israilli siyasətçilərdən biridir. O, uzun karyerası ərzində Knessetin deputatı, xarici işlər naziri, maliyyə naziri, müdafiə naziri və İsrail prezidenti olub.

Son xəbərlər

Orphus sistemi