İsrailin sabiq prezidenti Şimon Peres vəfat edib

İsrailin sabiq prezidenti Şimon Peres vəfat edib Nobel mükafatçısı 93 yaşında keçinib
Digər ölkələr
28 Sentyabr , 2016 06:35
İsrailin sabiq prezidenti Şimon Peres vəfat edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ İsrailin iki həftə əvvəl insult keçirmiş sabiq prezidenti və baş naziri Şimon Peres 93 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə yerli "Haaretz" qəzeti yazıb.

Peres tromb səbəbindən beyninə qan sızmasından sonra xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun vəziyyətini ağır, lakin stabil qiymətləndirirdilər. Çərşənbə axşamı onun səhhətində ciddi pisləşmə qeydə alınıb. O, ailə üzvlərinin ətrafında vəfat edib.

Peres karyerasının 70 ili ərzində İsraildə demək olar ki, bütün ali siyasi vəzifələri tutub, o cümlədən üç il baş nazir işləyib, xarici işlər və maliyyə naziri vəzifələrində çalışıb. 1994-cü ildə Fələstin ilə müvəqqəti sülh sazişinə nail olduğuna görə Nobel sülh mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi