İsrailin Qəzzanı bombalaması nəticəsində ölənlərin sayı 14-ə çatıb, 1200 yaralı var - YENİLƏNİB

İsrailin Qəzzanı bombalaması nəticəsində ölənlərin sayı 14-ə çatıb, 1200 yaralı var - YENİLƏNİB Fələstinli nümayişçilər təkərləri yandıraraq onu sərhəddəki İsrail hərbçilərinə doğru tullayıblar
Digər ölkələr
30 Mart , 2018 21:57
İsrailin Qəzzanı bombalaması nəticəsində ölənlərin sayı 14-ə çatıb, 1200 yaralı var - YENİLƏNİB

Bakı. 30 mart. REPORT.AZ/ Qəzza Zolağı boyunca İsrail hərbçiləri ilə toqquşmalar zamanı ölən fələstinlilərin sayı azı 14 nəfərə çatıb, 1200 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Fələstin muxtariyyətinin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra deyib.


***17:20

Bakı. 30 mart. REPORT.AZ/ İsrail hərbçilərinin HƏMAS-ın nəzarəti altında olan Fələstinin Qəzza zolağına aviazərbələr endirməsi nəticəsində 7 fələstinli ölüb, 500 nəfər isə yaralanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, məlumatı Qəzza zolağının Səhiyyə İdarəsi yayıb.

Bildirilib ki, Qəzza zolağı boyu sərhəddə fələstinli nümayişçilər təkərləri yandıraraq onu sərhəddəki İsrail hərbçilərinə doğru tullayıblar. 

Son xəbərlər

Orphus sistemi