İsrailin Qəzzadan atəşə tutulması nəticəsində yaralananların sayı 53 nəfərə çatıb, ölən var - YENİLƏNİB-2 - VİDEO

İsrailin Qəzzadan atəşə tutulması nəticəsində yaralananların sayı 53 nəfərə çatıb, ölən var - YENİLƏNİB-2 - VİDEO Bakı. 13 noyabr. REPORT.AZ/ İsrailin Qəzza sketorundan atəşə tutulması nəticəsində xəsarət alanların sayı 53 nəfərə çatıb.
Digər ölkələr
13 Noyabr , 2018 04:53
İsrailin Qəzzadan atəşə tutulması nəticəsində yaralananların sayı 53 nəfərə çatıb, ölən var - YENİLƏNİB-2 - VİDEO

Bakı. 13 noyabr. REPORT.AZ/ İsrailin Qəzza sketorundan atəşə tutulması nəticəsində xəsarət alanların sayı 53 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə İsrailin Təcili Yardım Xidməti "Twitter"də bildirib.

Məlumata görə, yaralılardan ikisi kritik vəziyyətdədir. Qeyd edilir ki, yaralıların əksəriyyətinin xəsarətləri yüngüldür. 

Yerli "News.co.il" isə raket atəşləri nəticəsində 1 nəfərin həlak olduğunu xəbər verib. 

Daha əvvəl raket atəşləri nəticəsində 34 nəfərin xəsarət aldığı bildirilirdi. 


***02:48

Fələstinin raket atəşləri nəticəsində azı 34 İsrail vətəndaşı xəstəxanalara yerləşdirilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təcili yardım xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar müxtəlif cür xəsarətlər alanlar və stress vəziyyətində olanlardır. Fələstin silahlıları İsrailin xüsusi təyinatlılarının dünənki əməliyyatda onların 7 döyüşçü yoldaşlarını öldürməsinə cavab olaraq Qəzza sektoruna 300 raket atıblar. Mərmilər Sderot və Aşkelon şəhərlərində avtobusa, yaşayış evlərinə düşüb.


***22:24

İsrail odusu Fələstin silahlılarının Qəzza sektorundakı 20-dən çox obyektinə havadan və qurudan zərbələr endirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bunlar qarşı tərəfin raket atəşlərinə cavab zərbələri olub.

Zərbələr avtobusa və yaşayış evinə düşüb. Nəticədə 2 fələstinli ölüb, azı 8 nəfər yaralanıb.

Hədəflərdən biri İsrailə raket zərbəsi hazırlayan silahlı qruplaşma olub. "Ordunun bütün Qəzza sektoru boyunca zərbələri davam etdirilir", - deyə həbrçilər bildirib.

Mətbuat xidmətinin son məlumatına görə, silahlılar İsrailə 80-dən çox raket və mina atılıb. 

Son xəbərlər

Orphus sistemi