Yuxarı

İsrail: Nüvə razılaşması İran təhlükəsini 10 il müddətinə təxirə salıb

İsrai və ABŞ müdafiə nazirləri Vaşinqtonda çıxıç ediblər

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ilə İran arasında əldə olunan nüvə proqramına dair razılaşma İsrailə qarşı olan təhlükəni azı 10 il müddətinə təxirə salır. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda çıxış edən İsrailin Müdafiə Naziri Moşe Yaalon deyib.

Onun sözlərinə görə, rəsmi Tehran nüvə silahını əldə etmə konsepsiyasından imtina etməsə də, "Altılıq" ölkələrinin səyləri nəticəsində yaxın 10 il ərzində İslam Respublikasının kütləvi qırğın silahını əldə etməsi qeyri mümkün olacaq.

Pentaqon rəhbəri Eşton Karter isə öz növbəsində bildirib ki, İranın nüvə silahını əldə etməsinə ABŞ heç vaxt imkan verməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi