​İsrailin keçmiş prezidenti vəfat edib

​İsrailin keçmiş prezidenti vəfat edib O, Misirə səfər edən ilk dövlət başçısıdır
Digər ölkələr
133
7 Noyabr , 2015 17:50
​İsrailin keçmiş prezidenti vəfat edib

Bakı. 7 noyabr. REPORT.AZ/ İrsail dövlətinin 5-ci prezidenti, keçmiş maarif və mədəniyyət naziri İtshak Navon 94 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.

O, 1921-ci ildə Qüdsdə anadan olub. İ.Navon 1978-1983-cü illərdə İsrail dövlətinin prezidenti vəzifəsini daşıyıb. 1946-cı ildə kəşfiyyat idarəsinin ərəb bölməsinə başçılıq edib. İsrail dövləti yarandıqdan sonra ölkəsini Uruqvay və Argentinada təmsil edib.

İsrail parlamentinin 6, 7, 8, 9, 11 və 12-ci çağırışlarında Ben-Qurion və "Avod" partiyalarından deputat seçilib. 1984-1990-cı illərdə İsrailin maarif və mədəniyyət naziri işləyib.

O, Misirə səfər edən İsrailin ilk dövlət başçısıdır.

İtshak Navon ölkəsində yazıçı və dramaturq kimi də tanınırdı. 

Son xəbərlər

Orphus sistemi