Yuxarı

​İsrailin keçmiş baş naziri həbsxanaya aparılıb

O, ölkə tarixində həbsxanaya yerləşdirilən ilk hökumət başçısıdır

Bakı. 15 fevral. REPORT.AZ/ İsrailin 70 yaşlı keçmiş baş naziri Ehud Olmert həbs edilib.

"Report" xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Məlumata görə, onun "Maasiyaqu" həbsxanasına gətirilməsini telekanallar birbaşa yayımlayıb.

O, bu həbsxanada 19 ay saxlanılacaq, ancaq keçmiş baş nazirin cəza müddəti dəyişdirilə də bilər.

Ehud Olmert isə ona qarşı irəli sürülən ittihamların hamısını rədd edib.

Qeyd edək ki, İsrailin keçmiş baş naziri Ehud Olmert 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

O, iri məbləğdə korrupsiya qalmaqalında iştirak etdiyi üçün cəzalandırılıb. Ehud Olmert Qüdsün meri olarkən külli miqdarda rüşvət aldığı üçün 2014-cü ildə Tel-Əviv Dairə Məhkəməsi onun 6 il azadlıqdan məhrum edilməsi və 280 min dollar məbləğində cərimə ödəməsi haqda qərar çıxarmışdı.

Ölkənin Ali Məhkəməsi bu hökmün icrasını müddətsiz olaraq dayandırmışdı.

Qeyd edək ki, Ehud Olmert barəsində cinayət işi açıldığı üçün tutduğu vəzifədən istefa verməyə məcbur olmuş və həbsxanaya göndərilmiş ilk baş nazirdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi