İsrailin baş prokuroru Binyamin Netanyahunu korrupsiyada ittiham edəcək

İsrailin baş prokuroru Binyamin Netanyahunu korrupsiyada ittiham edəcək Bakı. 28 fevral. REPORT.AZ/ İsrailin baş prokuroru Avihay Mandelblit ölkənin baş naziri Binyamin Netanyahunu rüşvətxorluqda və dələduzluqda ittiham etmək niyyətində olduğunu bildirib.
Digər ölkələr
28 Fevral , 2019 21:27
İsrailin baş prokuroru Binyamin Netanyahunu korrupsiyada ittiham edəcək

Bakı. 28 fevral. REPORT.AZ/ İsrailin baş prokuroru Avihay Mandelblit ölkənin baş naziri Binyamin Netanyahunu rüşvətxorluqda və dələduzluqda ittiham etmək niyyətində olduğunu bildirib.

"Report"un məlumatına görə, bu barədə İsrail televiziyasına istinadən "Bloomberg" bildirib.

Qeyd edilir, ölkə tarixində ilk dəfədir ki, baş nazirə qarşı belə ittihamlar hazırlanır. Bu halda Netanyahunun dinləmədə çıxış etmək və prokurorun fikirini dəyişdirmək imkanı var.

Daha əvvəl İsrailin bir neçə səfiri baş nazir Binyamin Netanyahu ilə görüşdə ona Xarici İşlər Nazirliyinin və xarici diplomatik nümayəndəliklərin maliyyələşməsi ilə bağlı şikayət ediblər.

Son xəbərlər

Orphus sistemi