İsrailin 4 qırıcısı Livanın hava məkanına daxil olub

İsrailin 4 qırıcısı Livanın hava məkanına daxil olub İsrailə məxsus bir qrup qırıcı təyyarə Livan paytaxtı və ölkənin cənub şəhərləri üzərindən uçuş həyata keçirib.
Digər ölkələr
25 Avqust , 2019 12:53
İsrailin 4 qırıcısı Livanın hava məkanına daxil olub

İsrailə məxsus bir qrup qırıcı təyyarə Livan paytaxtı və ölkənin cənub şəhərləri üzərindən uçuş həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə Beyrut beynəlxalq hava limanındakı mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"İsrail HHQ-yə məxsus dörd təyyarə Livanın hava məkanına soxulub. Biz onları Beyrut və Cənubi Livan üzərində uçarkən müşahidə etmişik", - deyə mənbə bildirib.

O qeyd edib ki, təyyarələr bir neçə manevr etdikdən sonra Livanın hava məkanını tərk ediblər.

Son xəbərlər

Orphus sistemi