İsrailə məxsus sərnişin təyyarəsi məcburi eniş edib

İsrailə məxsus sərnişin təyyarəsi məcburi eniş edib Təyyarənin içərisində 279 sərnişin və 20 nəfər ekipaj üzvü olub
Digər ölkələr
16 Noyabr , 2015 08:26
İsrailə məxsus sərnişin təyyarəsi məcburi eniş edib

Bakı. 16 noyabr. REPORT.AZ/ İsrailə məxsus "EI AI" şirkətinin təyyarəsi texniki nasazlıq səbəbi ilə ABŞ-ın Billinqs şəhərinin (Montana ştatı) beynəlxalq hava limanında məcburi eniş edib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, təyyarənin sağ mühərrikində yanğın olduğuna dair sensor göstəricisinə əsaslanan pilot eniş qərarı alıb. "Boeing-777" tipli təyyarə Təl-Əvivdən Los-Anceles şəhərinə (Kaliforniya ştatı) uçurmuş.

Təyyarənin içərisində 279 sərnişin və 20 nəfər ekipaj üzvü olub. Xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi