İsrail hökuməti əcnəbilərin ölkəyə girişinə tətbiq edilən məhdudiyyətin müddətini avqustun 1-dək uzadıb.
“Report” “Ynet”ə istinadən xəbər verir ki, bu qayda tranzit təyyarələrin sərnişinlərinə də şamil olunur.
Bildirilib ki, ölkəyə giriş qadağası Əhali və Miqrasiya Komitəsindən müvafiq icazə alan şəxsləri əhatə etmir.