İsraildə yoluxanların sayı 16 600-ü ötdü

İsraildə yoluxanların sayı 16 600-ü ötdü İsraildə koronavirusa yoluxanların sayı 16 606 nəfərə çatıb.
Digər ölkələr
16 May , 2020 14:53
İsraildə yoluxanların sayı 16 600-ü ötdü

İsraildə koronavirusa yoluxanların sayı 16 606 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 17 yeni yoluxma, 1 ölüm hadisəsi qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 267-yə çatıb. İndiyədək 12 820 pasiyent sağalıb.

İsraildə hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub.

Son xəbərlər

Orphus sistemi