Bakı. 7 may. REPORT.AZ/ İsrailin hazırkı baş naziri Benyamin Netanyahu yeni koalisiya hökumətin qurulmasına nail olub. "Report" İsrail KİV-inə istinadən xəbər verir ki, o, bu haqda İsrail prezidenti Reuven Rivlinə bildirib.
Məlumata görə, baş nazirin başçılıq etdiyi "Likud" sağ yönlü milli-dini "Yəhudi evi" ("Bayt Yehudi") Partiyası ilə yeni koalisiya hökuməti quracaq. Bununla da parlamentdə yeni hökuməti təsdiqləmək üçün Benyamin Netanyahu 61 səs əldə edə bilib.
Xatırladaq ki, İsrail parlamentinin 120 üzvü var. Yeni Nazirlər Kabinetinin tərkibinin təsdiqlənməsi üçün 61 səs yetərlidir.