İsraildə son 10 ildə yeni doğulanlara ən çox Məhəmməd adı qoyulub

İsraildə son 10 ildə yeni doğulanlara ən çox Məhəmməd adı qoyulub Son 10 ildə Tamar, Adel və Mariya ən çox qoyulan qadın adlarıdır
Digər ölkələr
6 Oktyabr , 2016 22:15
İsraildə son 10 ildə yeni doğulanlara ən çox Məhəmməd adı qoyulub

Bakı. 6 oktyabr. REPORT.AZ/ İsraildə son 10 ildə uşaqlara qoyulan ən məşhur adlar açıqlanıb.

"Report" "newsru.co.il"ə istinadən xəbər verir ki, İsrail Əhalinin Qeydiyyatı və İmmiqrasiya İdarəsinin hesabatında ən məşhur kişi adlarının Məhəmməd Yosef (eləcə də Yusuf) və David olduğu bildirilib.

İsrailin yəhudilər yaşayan hissəsində David, Uri (eləcə də Ori) və Ariel adları məşhurdur. Son 10 ildə ölkə üzrə Tamar, Adel və Mariya (Məryəm) ən çox qoyulan qız adlarıdır.

İsrailin yəhudilər yaşayan hissəsi həmçinin Tamar, Adel və Abiqayl adları məşhurdur. 

Son xəbərlər

Orphus sistemi