İsraildə yeniyetmələr hündürlükdən yıxılaraq xəsarət alıb

İsraildə yeniyetmələr hündürlükdən yıxılaraq xəsarət alıb Hadisənin detalları açıqlanmır
Digər ölkələr
13 Mart , 2017 04:21
İsraildə yeniyetmələr hündürlükdən yıxılaraq xəsarət alıb
Foto MIG News

Bakı. 13 mart. REPORT.AZ/ İsraildə 3 yeniyetmə 6 metr hündürlükdən yıxılaraq xəsarət alıb.

"Report" "MIG News"a istinadən xəbər verir ki, hadisə Nazaret şəhərində baş verib.

Məlumata görə, yeniyetmələrdən ikisinin – 13 və 16 yaşlı oğlanlar hadisə zamanı ciddi xəsarət alıblar. Hadisə yerinə helikopter cəlb olunub və yaralılar Hayfa şəhərindəki Ramba xəstəxanasına yerləşdirilib.

Digər 13 yaşlı yeniyetmə isə yıxılarkən yüngül xəsarət alıb və Nazaretdəki xəstəxanaya aparılıb. Polis bildirib ki, hadisə yerinə ilkin baxış yeniyetmələrin şüşə tavanın üstünə çıxdıqlarını, hadisənin də buna görə – tavanın yeniyetmələrin ağırlığına tab gətirməməsi səbəbindən baş verdiyini göstərir.

Hadisənin detalları araşdırılır. 

Son xəbərlər

Orphus sistemi