İsrailin
"Report" xəbər verir ki, bu barədə məlumatı "Kan" dövlət radiosu yayıb. Qeyd olunub ki, protokolların hesablanmasından sonra İsrailin Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası və İsrail ordusunun sabiq baş qərargah rəisi Beni Hans və sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi bloku Knessetdə hər biri 35 deputatla təmsil olunacaq.
Parlamentdə 16 yer tutacaq "ŞAS" Ultradini və "Birləşmiş Tövrat Yəhudilik" partiyası, beş deputatla təmsil olunacaq "İsrail bizim evimizdir" partiyası və seçkilərdə 4 yer qazanacaq "Kulanu" partiyası “Likud” partiyası ilə koalisiya yarada bilər. Bununla da Baş nazir Binyamin Netanyahu hələlik Knessetdə mövcud olan 120 yerin 60-nı əldə edəcək.
Səslərin hesablanması nəticəsində alınan son məlumatlara gəlincə, İsrailin baş naziri Binyamin Netanyahunun liderlik etdiyi “Likud” partiyası seçicilərin 26,28 faizinin (1 061 105 səs) səslərini toplayıb. “Kahol-Lavan” mərkəzçi bloku isə hazırkı nəticələrə görə seçkilərdə 25,97 (1 048 472) səs toplayıb. Qeyd olunur ki, seçkidə iştirak edən 4 066 065 şəxsin səsi hesablanıb.
***06:36
İsraildə keçirilmiş parlament seçkilərində protokolların 55 faizi hesablanıb.
Bu barədə "Report" İsrailin
Bildirilir ki, səslərin hesablanması nəticəsində alınan son məlumata görə, İsrailin baş naziri Binyamin Netanyahunun liderlik etdiyi “Likud” partiyası seçicilərin 27,07 faizinin (931 761 səs) səslərini toplayıb.
“Likud” partiyasının əsas rəqibi “Kahol-Lavan” mərkəzçi bloku isə hazırkı nəticələrə görə seçkilərdə 25,96 (893 254) səs toplayıb. Qeyd olunur ki, hazırda seçkidə iştirak edən 3 milyon 465 min 875 şəxsin səsi hesablanıb.
"Kan" dövlət radiosunun məlumatına görə, səslərin üçdə ikisinin hesablanmasından sonra “Likud” partiyası Knessetə 38, “Kahol-Lavan” mərkəzçi bloku isə 36 deputatla təmsil olunacaq.
***04:30
İsrailin baş naziri Binyamin Netanyahunun liderlik etdiyi “Likud” partiyası Knessetə keçirilən seçkilərin ilkin nəticələrinə görə, seçicilərin 28,32% səsini toplayıb.
"Report" ölkənin
Qeyd olunub ki, hazırda seçkidə iştirak edən 1 milyon 628 min 736 şəxsin səsi hesablanıb.