İsrail həbsxanalarında saxlanılan 1300 fələstinli məhbus aclıq aksiyasına başlayıb

İsrail həbsxanalarında saxlanılan 1300 fələstinli məhbus aclıq aksiyasına başlayıb Onlar Fələstin Azadlıq Hərəkatının tanınmış nümayəndəsi Marvan Barqutiyə İsrail məhkəmsinin ömürlük həbs cəzası verməsinə etiraz edirlər
Digər ölkələr
17 Aprel , 2017 14:05
İsrail həbsxanalarında saxlanılan 1300 fələstinli məhbus aclıq aksiyasına başlayıb

Bakı. 17 aprel. REPORT.AZ/ İsrail həbsxanalarında saxlanılan 1300-ə yaxın fələstinli məhbus bu gün aclıq aksiyasına başlayıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Fələstin təmsilçisi İssa Karake bildirib.

Onun sözlərinə görə, aclıq aksiyasına qoşulanların sayı arta bilər.

İnformasiyaya əsasən, aksiya iştirakçıları Fələstin Azadlıq Hərəkatının tanınmış nümayəndəsi Marvan Barqutiyə İsrail məhkəmsinin ömürlük iş kəsməsinə etiraz edirlər. O, 2004-cü ildə həbsxanada Mahmud Abbasın Fələstinin başçısı olmasını dəstəkləmişdi. Həmin il məhkəmə onu İsrail vətəndaşının ölümündə ittiham edərək, 5 dəfə ömürlük, eləcə də sui-qəsdə görə 40 il müddətinə azadlıqdan məhrum etmişdi. Həbsxanada olmasına baxmayaraq, M.Barquti Fələstinin nüfuzlu siyasi liderlərindən biri sayılır.

“Fələstin Məhbuslar Klubu” isə aclıq aksiyasında 1500 nəfərin iştirak etdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi