İsraildə koronavirusdan ölənlərin sayı 200-ə yaxınlaşır

İsraildə koronavirusdan ölənlərin sayı 200-ə yaxınlaşır İsraildə son sutkada daha 266 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
25 Aprel , 2020 13:02
İsraildə koronavirusdan ölənlərin sayı 200-ə yaxınlaşır

İsraildə son sutkada daha 266 nəfər koronavirusa yoluxub.

“Report” “newsru”ya istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada daha 5 nəfər pandemiyanın qurbanı olub. Bununla da İsrail üzrə koronavirusdan ölənlərin sayı 198-ə, yoluxanların sayı isə 15 148-ə çatıb. Məlumata görə, 130 nəfərin vəziyyəti ağır, 99 nəfərin səhhəti isə orta ağırdır. İndiyədək koronavirusdan 6 159 nəfər sağalıb.

Qeyd edək ki, aprelin 19-dan İsraildə karantin rejimi yüngülləşdirilib. Yeni rejimə əsasən, iş yerində 10 nəfər, yaxud işçilərin 30 faizindən çox əməkdaş ola bilməz.

Son xəbərlər

Orphus sistemi