İsraildə koronavirusdan ölənlərin sayı 148-ə çatdı

İsraildə koronavirusdan ölənlərin sayı 148-ə çatdı İsraildə son sutkada koronavirusdan daha 8 nəfər ölüb, 264 nəfər isə virusa yoluxub.
Digər ölkələr
17 Aprel , 2020 16:10
İsraildə koronavirusdan ölənlərin sayı 148-ə çatdı

İsraildə son sutkada koronavirusdan daha 8 nəfər ölüb, 264 nəfər isə virusa yoluxub.

“Report” “Newsru”ya istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Ölkə üzrə ümumilikdə 12 855 yoluxma və 148 ölüm faktı qeydə alınıb. Ölənlər 37-98 yaş arasındadır. 2 967 pasiyent sağalıb.

Qeyd edək ki, aprelin 16-dan yaşayış yerini tərk etməməklə bağlı ümumi qadağa ləğv olunub. Məhdudiyyətlə ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub. Aprelin 19-da ümumi karantinlə bağlı yeni qaydaların elan ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi