İsraildə koronavirusa yoluxma halları artıb

İsraildə koronavirusa yoluxma halları artıb İsraildə 258 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
16 iyun 2020 18:22
İsraildə koronavirusa yoluxma halları artıb

İsraildə 258 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Hazırkı dövrədək ölkədə 19 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 449 nəfər müalicə olunaraq sağalıb, 302 nəfər vəfat edib, 3 744 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd olunub ki, pasiyentlərin 29-nun vəziyyəti ağırdır.

Xatırladaq ki, İsraildə may ayının sonlarında aşkar olunan xəstəlik halları artıb. 

Son xəbərlər

Orphus sistemi